Şuşa rayonu


Şuşa rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 290 km2, əhalisi 29 700 nəfərdir (01.01.2011). Mərkəzi Şuşa şəhəridir. Rayon 8 may 1992-ci il tarixindən erməni işğalı altındadır.
Rayona Şuşa şəhəri, Turşsu qəsəbəsi və Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Armudlu, Dükanlar, Həsənabad, Qarabulaq, Ağbulaq, Zamanpəyəsi, Şuşulu, Mirzələr, Qaybalı, Laçınlar, Şırlan, Çaykənd, Paşalar, Məmişlər, Xanalı, İmamqulular, Cəmillər, Səfixanlar, Xanlıqpəyə, Allahqulular, Həsənqulular, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Göytala, Onverest, Zarıslı, Nəbilər, Sarıbaba, Daşaltı, Nağılar, Xudaverdilər, İmanlar, Turabxan kəndləri daxildir.
Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m).
İşğaladək rayonda İttifaq əhəmiyyətli sanatoriya-kurort kompleksi fəaliyyət göstərmişdir. Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tutmuşdur. İşğaldan əvvəl rayonda Azərbaycan Pedaqoji institutunun, Azərbaycan Neft Kimya institutunun Şuşa filialları, 24 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar tədris müəssisəsi, tibb məktəbi, 8 uşaq musiqi və incəsənət məktəbi, mədəni-maarif texnikumu, musiqi texnikumu, kənd təsərrüfatı texnikumu, texniki peşə məktəbi, meşə sağlamlıq məktəbi, mədəniyyət evi, kinoteatr, 5 muzey, rəsm qalereyası, klub, kitabxana, mərkəzi rayon xəstəxanası, 11 feldşer-mama məntəqəsi, sanitariya və epidemiologiya stansiyası, uşaq sanatoriyası, təcili yardım stansiyası, şəhər poliklinikası, stomatoloji poliklinika fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayonda dövlət tərəfindən qorunan 248 tarixi abidə mövcud olub.


Aşağı Gövhərağa məscidi


Qarabağın sonuncu xanı İbrahim xanın qızı Gövhərağa (əsl adı Gövhərnisə) həm də öz dövrünün məşhur xeyriyyəçilərindən olmuşdur.
Onun vəsaiti hesabına tikilən Aşağı Gövhərağa məscidi Şuşa şəhərində 1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.
Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhərağa məscidinin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnibdir.


Bülbülün ev-muzeyi


SSRİ Xalq artisti Bülbülün 1992-ci ilə qədər Şuşada yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Ev-muzey kiçik həyət, iki otaq və eyvandan ibarətdir.
Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər burada nümayiş olunurdu.
Muzeyin fasadında Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən bürüncdən hazırlanmış, uşaqlıq illərinin portretini əks etdirən memorial lövhə vurulmuşdur.
Ermənistan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğal etməsi nəticəsində muzeyin 6 mindən artıq eksponatı məhv edilmiş və aparılması mümkün olanlar isə Ermənistana daşınmışdır. Bülbülün erməni vəhşiləri tərəfindən güllələnmiş heykəli hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilib.


Hacı Quluların mülkü


Hacı Qulunun Xoca Mərcanlı məhəlləsindəki imarəti 1851-ci ildə tikilmişdir. Milli üslubda tikilmiş üçmərtəbəli sarayda 46 otaq və 2 böyük zal var idi. 1865-ci ildə Şuşada olmuş rus rəssamı V.V.Vereşşaginin əsərində bu zallardan biri təsvir olunub.
1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı zamanı Hacı Quluların mülkü top atəşinə tutularaq divarları dağıdılmışdır.


Xurşudbanu Natəvanın evi


Görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII-XIX əsrlərə aid tarixi yaşayış binalarından biri hesab olunurdu. Hazırda bu ev yarıuçuq vəziyyətdədir.


Mamayı məscidi


XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbalayı Səfixan Qarabaği olmuşdur.
Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi fəaliyyət göstərmişdir.
Məscid iki mərtəbəlidir.


Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi


Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V. Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleksin açılışı 1982-ci ilin yanvar ayında olmuşdur. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdir. Burada M.P. Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.
Kompleksin açılışında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişdilər.
1992-ci ilin may ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarca eksponat məhv edilmiş, aparılması mümkün olan eksponatlar isə Ermənistana daşınmışdır.


Saatlı məscidi


Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən, Pənah Əli xanın 1759-cu ildə Şuşada tikdirdiyi məscid və mədrəsənin yerində tikilib. Tikildiyi məhəllənin adı ilə Saatlı məscidi adlandırılıb.
Məscidin minarələrinin ümumi quruluşu Yuхarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrinə bənzəyir. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və хüsusilə minarəsinin olması ilə seçilən Saatlı məscidi Kərbəlayı Səfiхanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur.
1992-ci ilin mayında Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı məscidin minarəsi top atəşləri nəticəsində dağıdılmışdır.


Şuşa qalası


Şuşa qalası-Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala şəhəri xarici müdaxilələrdən qorumuş, uzun müddət alınmazlıq simvolu olmuşdur. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da onu ələ keçirmək mümkün olmamışdır.
Ərazi strateji baxımdan olduqca əlverişlidir. Belə ki, Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın çevrəsi Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatə edilib.
Qarabağ xanı Pənahəli xan əvvəllər tikdirdiyi Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qatışığından istifadə edilib. Qalanın dörd qapısı olub. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında onu xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır. Şuşanın xarici aləmlə əlaqəsini təmin edən qapılardan üçünün - Gəncə, Ağoğlan və İrəvan qapılarının adları bizim dövrümüzədək gəlib çatmışdır.
Dördüncü qapının isə nə adını, nə də yerini indiyədək müəyyənləşdirmək mümkün olmamışdır. Ola bilsin ki, qala divarları İbrahimxəlil xan tərəfindən yenidən tikilərkən həmin qapı ləğv edilmişdi.


Şuşa Musiqi məktəbi


10 oktyabr 1932-ci ildə yaradılan Şuşa Musiqi məktəbi görkəmli Azərbaycan şairəsi Xan qızı Natəvanın evində yerləşmişdir. Bu məktəb həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi. Musiqi məktəbinin açılması təşəbbüsü məşhur şuşalı xanəndə Bülbülə məxsus olub.
1992-ci ilin may ayında Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra Şuşa Musiqi məktəbi dağıdılmışdır.


Şuşa Realnı məktəbi


1881-ci il sentyabrın 20-də Şuşada ilk orta məktəbin- 6 sinifli Realnı məktəbin əsası qoyulmuşdur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edilmişdi.
Şuşa Realnı məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Bu məktəbdə dinin qoyduğu qadağalara baxmayaraq, başqa xalqların dillərini öyrənir, digər xalqların ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilirdi.
Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar.
1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı məktəbini yandıraraq xarabazara çevirmişlər.


Şuşa şəhər tarix muzeyi


Şuşa şəhər tarix muzeyi tarix-diyarşünaslıq profilli idi. Muzeydə Şuşa şəhərinin tarixini əks etdirən nadir fotoşəkillər, XIX-XX əsrin əvvəllərinə aid sənədlər, Şuşada XVIII-XIX əsrlərdə inşa edilmiş, tarixi əhəmiyyət daşıyan yaşayış evlərinin sxemləri, maketləri və fotoşəkilləri nümayiş etdirilirdi. Burada Şuşa şəhərindən olan tanınmış Azərbaycan ziyalıları, maarifçilər xanəndələr, musiqişünaslar və yazıçılar haqqında maraqlı stendlər, eksponatlar var idi.
Dekorativ-tətbiqi sənət bölməsində qiymətli incəsənət əşyaları, dolçalar, qazan dəstləri, dulusçuluq məmulatları, Şuşada və ətraf kəndlərdə toxunmuş xalçalar, gəbələr, bədii toxuculuq nümunələri saxlanılırdı. Muzey 1992-ci ilin may ayına qədər fəaliyyətini davam etdirmiş, Şuşa şəhəri işğalçı Ermənistan ordusu tərəfindən zəbt olunduqdan sonra dağıdılmışdır. Eksponatların xeyli hissəsini xilas etmək mümkün olmamışdır.


Üzeyir Hacıbəyovun ev-muzeyi


Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılmışdır. Ev-muzeyi 1992-ci il Şuşanın erməni qəsbkarları tərəfindən işğalına kimi fəaliyyət göstərmişdir. Muzeyin ekspozisiyasında Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu.
Ü. Hacıbəyovun anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunmuşdur. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi YUNESKO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar Ü. Hacıbəyovun Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilmişdir.
1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırmışdır. Muzey rəhbərliyinin səyləri nəticəsində muzeyin eksponatlarının işğal olunmasına, düşmən əlinə keçməsinə yol verilməmişdir. Muzeyin eksponatları hazırda Ü. Hacıbəyovun Bakıdakı ev-muzeyinin fondlarında saxlanılır.


Yuxarı Gövhərağa məscidi


Yuxarı Gövhər ağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhər ağa məscidindən təxminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. Planı təqribən kvadrat formada olan (21,30 х 26,20 m) bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhər ağa məscidlərinin konstruksiya ideyasını saхlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün eyvan və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti meyarlarındandır. Yuхarı Gövhər ağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhər ağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Onlar əsasən Ağdam Cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılıb. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir.
1969-cu ildən tarix muzeyi kimi istifadə edilən bu məscid 1992-ci ilin mayında Şuşa şəhərinin işğalından sonra erməni vandalları tərəfindən dağıdılmışdır.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Qala divarları

1750-ci il

Şuşa şəhəri

Pənah xanın sarayı

XVIII əsr

Şuşa şəhəri, general Quliyev küçəsi

Qara Böyükxanım bürcü

XVIII əsr

Şuşa şəhəri, Ocaqqulu küçəsi

Heydər türbəsi

XIX əsr

Şuşa şəhəri, Ocaqqulu küçəsi

Hacı Qulunun malikanəsi

XIX əsr

Şuşa şəhəri, F. Əmirov küçəsi

Natəvanın evi

XIX əsr

Şuşa şəhəri, Rəsulzadə küçəsi

Əsəd bəyin evi

XIX əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Yuxarı Gövhərağa məscidi

1768-1769-cu illərdə inşa edilmiş, 1837-1838-ci illərdə əsaslı təmir edilmişdir

Şuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi

Aşağı Gövhərağa məscidi

XVIII əsrdə inşa edilmiş, 1874-cü ildə əsaslı təmir edilmişdir

Şuşa şəhəri, Gövhərağa küçəsi

İkimərtəbəli karvansara

XIX əsr

Şuşa şəhəri, Gövhərağa küçəsi

Mehmandarovların malikanə kompleksi: məscid, kiçik yaşayış evi, böyük yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, F.B. Köçərli küçəsi

İbrahim xanın bürcü

XVIII əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

İsa bulağı

XIX əsr

Şuşa şəhərinin 7 km-də

İbrahim xanın qəsri

XVIII əsr

Şuşa şəhəri, Daşaltı çayı


ŞUŞA DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Üzeyir Hacıbəyovun evi

XIX əsr

Şuşa şəhəri, Niyazi və Ü. Hacıbəyov küçələrinin kəsişməsində

Xanlıq Muxtar karvansarası

XVIII əsr

Şuşa şəhəri, M.F. Axundov küçəsi

Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası

XIX əsr

Şuşa şəhəri, M.F. Axundov küçəsi

Zülfüqar Hacıbəyovun evi

XIX əsr

Şuşa şəhəri, Sadıqcan küçəsi

Saatlı məscidi
(M.P. Vaqifin ilk dərs dediyi mədrəsə)

XIX əsr

Şuşa şəhəri, M.F. Axundov küçəsi

Gəncə qapısı

XVIII əsr

Şuşa şəhəri, Niyazi küçəsi

Ə. Haqverdiyevin evi

XVIII əsr

Şuşa şəhəri, Ə. Haqverdiyev küçəsi

Qazançı kilsəsi

Şuşa şəhəri, Ə. Haqverdiyev küçəsi

Y.V. Çəmənzəminlinin evi

XVIII əsr

Şuşa şəhəri, N.B. Vəzirov küçəsi

Yuxarı Gövhərağa məscidinin mədrəsəsi

XVIII əsr

Şuşa şəhəri, N.B. Vəzirov küçəsi

Səfərov qardaşlarının karvansarası

XVIII əsr

Şuşa şəhəri, Ocaqqulu küçəsi

Sadıqcanın evi

XVIII əsr

Şuşa şəhəri, Sadıqcan küçəsi

Uğurlu bəyin evi

XVIII əsr

Şuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi

Xan sarayı

XVIII əsr

Şuşa şəhəri, Sadıqcan küçəsi

Şirin su hamamı

XVIII əsr

Şuşa şəhəri, Sadıqcan küçəsi

Seyid Şuşinskinin evi

XIX əsr

Şuşa şəhəri, Sadıqcan küçəsi

M.P. Vaqifin türbəsi

XX əsr

Şuşa şəhəri, Q. Quliyev küçəsi

Qasım bəy Zakirin evi

XVIII əsr

Şuşa şəhəri, Q.b .Zakir küçəsi

Aşağı Gövhərağa məscidinin mədrəsəsi

XVIII əsr

Şuşa şəhəri, Gövhərağa küçəsi

Behbudovların evi

XVIII əsr

Şuşa şəhəri, Köçərli küçəsi

Firudin bəyin evi

XVIII əsr

Şuşa şəhəri, Q. Pirimov küçəsi

M.M. Nəvvabın evi

XVIII əsr

Şuşa şəhəri, Nəvvab küçəsi

Bülbülün evi

XIX əsr

Şuşa şəhəri, F. Əmirov küçəsi

F.B. Köçərlinin evi

XIX əsr

Şuşa şəhəri, 20 Yanvar küçəsi

Hüseyn bəyin evi

XVIII əsr

Şuşa şəhəri, T. Əliyev küçəsi

Keçəçi oğlu Məhəmmədin evi

XIX əsr

Şuşa şəhəri, T. Əliyev küçəsi

Karvansara

XVIII əsr

Şuşa şəhəri, Vaqif küçəsi

Gəray Əsədovun evi

XVIII əsr

Şuşa şəhəri, G. Əsədov küçəsi

S.S. Axundovun evi

XIX əsr

Şuşa şəhəri, Ü. Hacıbəyov küçəsi

C. Qaryağdıoğlunun evi

XVIII əsr

Şuşa şəhəri, C. Qaryağdıoğlu küçəsi


ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Kurqan

Tunc dövrü

Şuşa şəhərinin şimal-qərbində

Şuşa və Şuşakənd daş qutu qəbirləri

Son tunc və ilk dəmir dövrü

Şuşa şəhəri və Şuşa kəndinin yaxınlığında

Şuşa mağara düşərgəsi

daş dövrü

Şuşa şəhərinin cənubunda, Daşaltı çayının sol sahilində

Daş qutu nekropolu

dəmir dövrü

Qarabulaq kəndi

Nekropol

son tunc və ilk dəmir dövrü

Dolanlar kəndi


Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Realnı məktəbin binası

XX əsr

Şuşa şəhəri, V. Cəfərov küçəsi

Xəstəxana binası

XIX əsr

Şuşa şəhəri, Köçərli küçəsi

Yaşayış binası

XIX əsr

Şuşa şəhəri, Köçərli küçəsi

Qız məktəbi

XIX əsr

Şuşa şəhəri, V. Cəfərov küçəsi

Aslan Qaraşarovun yaşayış evi

XIX əsr

Şuşa şəhəri, G. Əsgərov küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, G. Əsgərov küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, G. Əsgərov küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, G. Əsgərov küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, G. Əsgərov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Pənah xan küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, Ü. Hacıbəyov küçəsi

Məşədi İbrahimin yaşayış evi

XIX əsr

Şuşa şəhəri, V. Cəfərov küçəsi

Məşədi Novruzun yaşayış evi

XIX əsr

Şuşa şəhəri, Pənah xan küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Q.B. Zakir küçəsi

Yaşayış evi

Şuşa şəhəri, Q.B. Zakir küçəsi

Həsən ağanın evi

XIX əsr

Şuşa şəhəri, Haqverdiyev küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, Ağadədəli küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, Ağadədəli küçəsi

Şükür bəyin yaşayış evi

XIX əsr

Şuşa şəhəri, Ağadədəli küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, H. Hacıyev küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, H. Hacıyev küçəsi

Yaşayış evi

Şuşa şəhəri, Ocaqqulu küçəsi

Cəfərqulu ağanın yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Bülbül küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Bülbül küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Bülbül küçəsi

Kilsə qalıqları

Şuşa şəhəri, Q. Pirimov küçəsi

Türbə

Şuşa şəhəri, Axundov küçəsi

Xan qızı bulağı

Şuşa şəhəri, Axundov küçəsi

Bulaq

XVIII əsr

Şuşa şəhəri

Ağadədəli bulağı

XVIII əsr

Şuşa şəhəri, Ağadədəli küçəsi

Qız monastırı

XVIII-XIX əsrlər

Şuşa şəhəri, Qorki küçəsi

Bulaq

XVIII əsr

Şuşa şəhəri, Sabir küçəsi, Köçərli məhəlləsində

Bulaq

XVIII əsr

Şuşa şəhəri, Köçərli məhəlləsi

Bulaq

XIX əsr

Şuşa şəhəri, Gövhərağa küçəsi

Laçın su anbarı

XIX əsr

Şuşa şəhəri, Qarabağ küçəsi

Süleyman Vəzirovun evi

XIX əsr

Şuşa şəhəri, Növrəs küçəsi

Qurdlar bulağı

1900-cü il

Şuşa şəhəri, general Quliyev və Haqverdiyev küçələrinin kəsişməsində

Hamam

XIX əsr

Malıbəyli kəndi

Novlu bulaq

XIX əsr

Malıbəyli kəndi

Məscid

XIX əsr

Malıbəyli kəndi

Kilsə

XIX əsr

Daşaltı kəndi

İnzibati bina

XIX əsr

Malıbəyli kəndi

Kilsə

XIX əsr

Qaybalı kəndi


ŞUŞA DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, M.F. Axundov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, M.F. Axundov küçəsi

Mamay bəyin yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, M.F. Axundov küçəsi

Məşədi Teymurun yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, M.F. Axundov küçəsi

Şor Bulaq

XIX əsr

Şuşa şəhəri, M.F. Axundov küçəsi

Xudu Məmmədovun yaşayış evi

XIX əsr

Şuşa şəhəri, X. Məmmədov küçəsi

Ələkbər bəyin evi

XIX əsr

Şuşa şəhəri, Ə.B. Haqverdiyev küçəsi

Bulaq

XVIII əsr

Çuxur məhəlləsində Vəzirov küçəsi

Məscid

XVIII əsr

Çuxur məhəlləsində Vəzirov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri. L. İmanov küçəsi

Lətif İmanovun evi

XVIII əsr

Şuşa şəhəri. L. İmanov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri. L. İmanov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri. L. İmanov küçəsi

Hacı Abbas məscidi və karvansarası

XVIII əsr

Şuşa şəhəri.N.B.Vəzirov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri.N.B.Vəzirov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri.N.B.Vəzirov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri.N.B.Vəzirov küçəsi

Mərdinli məscidi

XIX əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Cahangir bəyin evi

XIX əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Hacı Məmmədin evi

XVIII əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, A.Qaraşarov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Quliyev küçəsi

Hacı Yusifli məscidi

XIX əsr

Şuşa şəhəri, Q.İsmayılov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Q.İsmayılov küçəsi

Məşədi Salmanın evi

XVIII əsr

Şuşa şəhəri, Q.İsmayılov küçəsi

Culfalar məscidi

XIX əsr

Şuşa şəhəri, Ü. Hacıbəyov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Gövhərağa küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Gövhərağa küçəsi

Bulaq

XVIII əsr

Hacı Yusifli məhəlləsində

Dəyirman

XX əsr

Şuşa şəhəri, Ə. Ağaoğlu küçəsi

Hacı Əlibalanın evi

XIX əsr

Şuşa şəhəri, Ə. Ağaoğlu küçəsi

Hamamqabağı bulaq

XIX əsr

Şuşa şəhəri, Ə. Ağaoğlu küçəsi

Hacı Sadıqın yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Ə. Ağaoğlu küçəsi

Çöl Qala” bulağı

XVIII əsr

Şuşa şəhəri, Şəhriyar küçəsi

Hacı İbadın evi

XIX əsr

Şuşa şəhəri, Fatma xanım Kəminə küçəsi

Çöl Qala məscidi

XVIII əsr

Şuşa şəhəri, Şəhriyar küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, L .Kərimov küçəsi

Məşədi Süleymanın evi

XVIII əsr

Şuşa şəhəri, L .Kərimov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, L .Kərimov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, L .Kərimov küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, L .Kərimov küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, L .Kərimov küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, L .Kərimov küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, L .Kərimov küçəsi

Musəvinin evi

XVIII əsr

Şuşa şəhəri, L .Kərimov küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, L .Kərimov küçəsi

Hacı Məmmədbağırın yaşayış evi

XIX əsr

Şuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi

Hüsü Hacıyevin evi

XIX əsr

Şuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi

Məşədi Zeynal Hətəmovun evi

XVIII əsr

Şuşa şəhəri, Köçərli küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Köçərli küçəsi

Məşədi Əlinin evi

XVIII əsr

Şuşa şəhəri, Köçərli küçəsi

Məşədi Səhriyarın evi

XVIII əsr

Şuşa şəhəri, Köçərli küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Köçərli küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Köçərli küçəsi

Hacı Dadaşın evi

XVIII əsr

Şuşa şəhəri, Köçərli küçəsi

A.Əzimovun evi

XVIII əsr

Şuşa şəhəri, Köçərli küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Q.Pirimov küçəsi

Məşədi İbrahimin evi

XVIII əsr

Şuşa şəhəri, Q.Pirimov küçəsi

Məşədi Cəlalın evi

XVIII əsr

Şuşa şəhəri, Q.Pirimov küçəsi

Meydan bulağı

Şuşa şəhəri, Rəsulzadə küçəsi

Hacı Bəşirin evi

XVIII əsr

Şuşa şəhəri, Rəsulzadə küçəsi

Dərzi Bəhramın yaşayış evi

XIX əsr

Şuşa şəhəri, Nizami küçəsi

Məşədi Hüsünün evi

XIX əsr

Şuşa şəhəri, Nizami küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Nəvvab küçəsi

Məmməd Həsən oğlunun evi

XVIII əsr

Şuşa şəhəri, F. Əmirov küçəsi,4

Kəlbə Məhəmmədin evi

XIX əsr

Şuşa şəhəri, F. Əmirov küçəsi,4

Xoca Mərcanlı məscidi

XVIII əsr

Şuşa şəhəri, Sabir küçəsi

Xoca Mərcanlı məscidi

XVIII əsr

Şuşa şəhəri, Sabir küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Sabir küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, 20 Yanvar küçəsi

Bəhmən Mirzənin evi

XIX əsr

Şuşa şəhəri, 20 Yanvar küçəsi

Bəhmən Mirzənin ərzaq anbarı

XIX əsr

Şuşa şəhəri, 20 Yanvar küçəsi

Qulam şahın evi

XIX əsr

Şuşa şəhəri, 20 Yanvar küçəsi

H.B. Vəzirovun evi

XIX əsr

Şuşa şəhəri, 20 Yanvar küçəsi

Köçərli məscidi

XIX əsr

Şuşa şəhəri, 20 Yanvar küçəsi

Quyuluq məscidi

XVIII əsr

Şuşa şəhəri, G. Əsgərov küçəsi

Seyid Məcidin evi

XVIII əsr

Şuşa şəhəri, G. Əsgərov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, G. Əsədov küçəsi, 11

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, G. Əsədov küçəsi,12

Bulaq

XVIII əsr

Seyidli məhəlləsi

Seyidli məscidi

XIX əsr

Şuşa şəhəri, general Quliyev və C.Qaryağdıoğlu küçələrinin kəsişməsi

Məşədi Qaranın evi

XIX əsr

Şuşa şəhəri, C. Qaryağdıoğlu küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, Şəhriyar küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, Şəhriyar küçəsi

Kəblə Yusifin evi

XVIII əsr

Şuşa şəhəri, Şəhriyar küçəsi

Zöhrabbəyovun yaşayış evi

XIX əsrin əvvəlləri

Şuşa şəhəri, Ocaqqulu küçəsi

Yaşayış evi

XIX əsr

Şuşa şəhəri, Ocaqqulu küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Ocaqqulu küçəsi

Məşədi İbişin evi

XVIII əsr

Şuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi

Məşədi Zülfüqarın evi

XIX əsr

Şuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi

Hacı Aslanın evi

XVIII əsr

Şuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi

Hacı Məlik oğlunun evi

XVIII əsr

Şuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi

Mir Həsən Vəzirovun evi

XIX əsr

Şuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi

Mamay bulağı

XX əsr

Şuşa şəhəri, Axundov küçəsi

Mamayı məscidi

XVIII əsr

Şuşa şəhəri. G. Əsgərov küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Füzuli küçəsi

Yaşayış evi

XVIII əsr

Şuşa şəhəri, Füzuli küçəsi

Fərəməzovların evi

XIX əsr

Şuşa şəhəri, Dədə Qorqud küçəsi

Yaşayış evi

XX əsr

Şuşa şəhəri, Dədə Qorqud küçəsi


BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

M.P. Vaqifin büstü

1967

Şuşa şəhəri, Vaqif küçəsi

Bülbülün ev muzeyi (369 eksponat)

1978

Şuşa şəhəri, Şəhriyar küçəsi

Ü. Hacıbəyovun ev muzeyi (300 eksponat)

1974

Şuşa şəhəri, Niyazi və Ü. Hacıbəyov küçələrinin kəsişməsi

Mir Möhsün Nəvvabın ev muzeyi (100 eksponat)

1990

Şuşa şəhəri, Nəvvab küçəsi

Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi

1957

Şuşa şəhəri, general Quliyev küçəsi